Tədqiqatın məsuliyyətlə aparılması
Etik cəhətdən məqbul, eləcə də nəticələrinin etibarlı olması üçün tədqiqat məsuliyyətlə aparılmalıdır. Tədqiqatçılar tərəfindən tədqiqatın məsuliyyətlə aparılması qaydalarının tətbiqi özünütənzimləmə formasıdır və qanunvericiliklə tənzimlənir. Bundan əlavə, tədqiqatın məsuliyyətlə aparılması tədqiqat təşkilatlarının keyfiyyət təminatının ayrılmaz tərkib hissəsini təşkil edir.
Tədqiqatın etibarlılığı baxımından tədqiqatın məsuliyyətlə aparılması şərtləri aşağıdakılardır:
Bundan əlavə, tədqiqatçılar müəllim və ya təlimçi kimi fəaliyyət göstərdikdə, tədqiqat vəzifələrinə və ya tədqiqatın maliyyələşdirilməsi üçün müraciət etdikdə, eləcə də tədqiqat icması daxilində və xaricində sahələri üzrə fəaliyyət göstərdikdə yuxarıda qeyd edilmiş təcrübələrə riayət etməlidirlər.
Tədqiqat fəaliyyətindən əlavə, tədqiqatın məsuliyyətlə aparılması prinsipləri tədris materiallarına, yazılı və şifahi bildirişlərə, qiymətləndirmələrə, tərcümeyi-hal və nəşrlərin siyahısına, eləcə də sosial media daxil olmaqla həm nəşr edilən, həm də elektron mətbuat kanalları vasitəsilə ictimaiyyətlə əlaqələrə tətbiq edilir.
Hər bir fərdi tədqiqatçı və tədqiqat qrupu üzvü tədqiqatın məsuliyyətlə aparılması prinsiplərinə riayət edilməsinə cavabdehdir. Bununla belə, tədqiqat qrupları və onların baş icraçıları, tədqiqat vahidlərinin direktorları və tədqiqat təşkilatlarının rəhbərliyi qismində bütün tədqiqat icması məsuliyyət daşıyır.
Universitet və tətbiqi elmlər universitetləri tələbələrinin tədqiqatın məsuliyyətlə aparılması prinsipləri ilə tanış olmalarını və tədqiqat etibarlılığı anlayışının magistr və doktorantura proqramlarına daxil edilməsini təmin etməlidir. Tədqiqat institutları şəxsi heyətləri üçün tədqiqatın etibarlılığı təlimi təmin etməlidir. Bundan əlavə, tədqiqat təlim proqramlarının bir hissəsi kimi müvafiq təhsil sahəsi üzrə tədqiqatın məsuliyyətlə aparılması ilə bağlı sualları cavablandırmaq hər bir tədqiqat təlim vahidinin vəzifəsidir. Tədqiqatın məsuliyyətlə aparılması praktikasını təmin etmək məqsədilə universitet və tətbiqi elmlər universitetləri müəllim, tezis rəhbəri, tədqiqatçı, tədqiqat proqramlarının rəhbərləri və digər ekspertlərinə tədqiqatın etibarlılığı üzrə davamlı təhsil təklif etməlidir.
Finlandiyada olan elmi cəmiyyətlər akademik və elmi nəşrlərin həmkarlar tərəfindən nəzərdən keçirilməsi sistemi vasitəsilə tədqiqatın məsuliyyətlə aparılmasını təşviq edə bilər. Bundan əlavə, Finlandiya Akademiyası, Finlandiyanın Texnologiya və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyi (Tekes) kimi tədqiqat maliyyələşdirən təşkilatlar, eləcə də fondlar maliyyələşdirdikləri layihələrdə tədqiqatçıları tədqiqatın məsuliyyətlə aparılmasına və mümkün olduqda tədqiqatın məsuliyyətlə aparılmasının pozulması hallarının aradan qaldırılmasında TMA qaydalarına riayət etməyə həvəsləndirə bilərlər.
Tədqiqatın məsuliyyətlə aparılmasının pozulması halları
Peşəkar olmaq üçün tədqiqatçı sahəsi ilə bağlı bilik və metodologiyaya yiyələnməli, eləcə də etik cəhətdən məqbul praktikalara riayət etməlidir.
Zəif tədqiqat bacarıqları nəticələrin etibarlılığını azaldır və hətta tədqiqat nəticələrinin etibarsız hesab edilməsi ilə nəticələnə bilər. Zəif tədqiqat bacarıqları sahədə işləyərkən səriştənin çatışmaması və tədqiqatın aparılmasında və nəticələrinin qeydiyyatı, arxivləşdirilməsi və hesabatında etinasızlıq kimi özünü büruzə verir.
Bununla belə, etinasızlıq və bilik çatışmazlıqları heç də tədqiqatçının peşəkar praktikalarının etik cəhətdən etibarsız olduğunu ifadə etmir.
Tədqiqatın məsuliyyətlə aparılmasının pozulması halları dedikdə tədqiqata xələl verən və ən pis halda tədqiqat nəticələrinin etibarsız sayılması ilə nəticələnən eyri-etik və dələduz praktikalar nəzərdə tutulur. Tədqiqatın məsuliyyətlə aparılmasının pozulması halları qəsdən və ya etinasızlıq nəticəsində baş verir.
Bu növ pozuntuların təfərrüatlı və birmənalı şəkildə müəyyənləşdirilməsi çətin olduqda, nümunələr vasitəsilə etik cəhətdən qeyri-məqbul praktikaları təsnif etmək mümkündür.
Tədqiqatın məsuliyyətlə aparılmasının pozulması halları aşağıdakı şəkildə təsnif oluna bilər:
Elmi iş normalarının pozulması və tədqiqatın məsuliyyətlə aparılmasına qarşı etinasızlıq tədqiqatın planlaşdırılması və aparılması və tədqiqat nəticələrinin və yekunlarının təqdimatı zamanı baş verə bilər. Elmi iş normalarının pozulması və tədqiqatın məsuliyyətlə aparılmasına qarşı etinasızlığa dair iddialar tədqiqatın məsuliyyətlə aparılmasının pozulması iddialarının həll olunması proseduru vasitəsilə tənzimlənir. Bu TMA prosesi adlanır. Tədqiqatın məsuliyyətlə aparılmasına və elmi iş normalarının pozulmasına qarşı etinasızlıq tədqiqatın məsuliyyətlə aparılması prinsipini pozur və bu eləcə də qanun pozuntusu ola bilər.
Yuxarıda qeyd edilən iki kateqoriyadan əlavə, tədqiqat icmasında etik cəhətdən məsuliyyətsiz hesab edilən digər tədqiqat praktikaları baş verə bilər. Bununla belə, hesabat nəticələrinin şərh və qiymətləndirmələrindən yaranan səmimi fikir ayrılıqları akademik və elmi müzakirələrin mövzusudur və tədqiqatın məsuliyyətlə aparılması prinsipini pozmur.
Elmi iş normalarının pozulması
Elmi iş normalarının pozulması dedikdə tədqiqat icmasını, eləcə də əksər hallarda qərarvericiləri yanıltmaq nəzərdə tutulur. Buna tədqiqat icmasına hər hansı bir nəşr, elmi və ya akademik görüşdə edilən təqdimat, nəşr ediləcək əlyazma, tədris materialları və ya maliyyə üçün müraciətlərdə saxta məlumatlar və ya nəticələr yaymaq daxildir. Bundan əlavə, normaların pozulması dedikdə digər tədqiqatçıların işinin mənimsənilməsi və öz işi kimi qələmə verilməsi nəzərdə tutulur.
Elmi iş normalarının pozulması aşağıdakı dörd alt kateqoriyaya bölünür:
Beynəlxalq qaydalarda normaların pozulması USP təsnifatı kimi istinad edilən uydurma, saxtalaşdırma və plagiatçılıq olmaqla üç kateqoriyaya bölünür. Finlandiyada daha müfəssəl və analitik təsnifat tətbiq edilir. Bu səbəbdən, mənimsəmə plagiatçılıqdan müstəqil yeni kateqoriya kimi qəbul edilib.
Tədqiqatın məsuliyyətlə aparılmasına qarşı etinasızlıq
Tədqiqatın məsuliyyətlə aparılmasına qarşı etinasızlıq tədqiqat prosesində tam etinasızlıq və diqqətsizlik kimi özünü büruzə verir. Tədqiqarçıların bu cür davranışına aşağıda qeyd olunan halları aid etmək olar:
Digər məsuliyyətsiz praktikalar
Tədqiqatçılar tədqiqatda digər məsuliyyətsiz praktikalara yol verə bilər. Məsələn, aşağıdakı hallar baş verə bilər:
Ən ciddi hallarda, bu praktikalar yuxarıda qeyd olunan TMA pozuntuları meyarlarına uyğun ola bilər.
This study has been produced within the framework of the European Union's Tempus programme, which is funded by the Directorate-General for Development and Co-operation - EuropeAid and the Directorate-General for Enlargement.
The data for this report has been provided by the National Tempus Offices, in agreement with the national authorities and the EU Delegations of the countries concerned. The preparation of the report would not have been possible without the close collaboration and support provided by Eurydice, the network on education systems and policies in Europe and the Bologna Follow-Up Group.
Avropa ali təhsil məkanında daxili keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) Avropa Tələbələr Birliyi (ATB)1, Ali Təhsil Müəssisələrinin Avropa Assosiasiyası (EURASHE), Avropa Universitetlər Assosiasiyası (EUA) ilə birlikdə Ali Təhsildə Keyfiyyətə Təminat üzrə Avropa Assosiasiyası (ENQA) tərəfindən hazırlanmış təklif əsasında ali təhsil məsələlərinə cavabdeh olan nazirliklər tərəfindən 2005-ci ildə qəbul olunmuşdur.
2005-ci ildən etibarən keyfiyyət təminatında, eləcə də kvalifikasiya çərçivəsi, təlim nəticələrinin istifadəsinin tanınması və təşviqi kimi həyata keçirilən digər Boloniya tədbirlərində əhəmiyyətli irəliləyişlər baş vermişdir. Bütün bunlar tələbələrə əsaslanan tədris və təhsil istiqamətində köklü fikir dəyişikliyinə gətirib çıxarmışdır.
Dəyişən konteksti nəzərə alaraq, Nazirlərin 2012-ci ildə qəbul etdiyi rəsmi qərara (komyunike) əsasən “şəffaflığını, tətbiqini, faydalılığını, eləcə də əhatə dairəsinin” təkmilləşdirilməsi məqsədilə ESG-nin təhsis edilməsi üzrə ilkin təklifi hazırlamaq üçün Müəllim Həmkarlar İttifaqları Federasiyası (Eİ), Avropa Biznes Təşkilatı (BusinessEurope) və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestri Təşkilatı (EQAR) ilə birlikdə E4 Qrupu (ENQA, ESU, EUA, EURASHE) dəvət edilmişdir.
Görüşlər zamanı maraqlı tərəflərin və nazirliklərin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmışdır. Həmin müzakirələr zamanı edilmiş bir sıra qeydlər, təkliflər, şərhlər və tövsiyələr Rəhbər Komitə tərəfindən diqqətlə təhlil edilmiş və nəzərə alınmış və ESG-nin son nəşrində öz əksini tapmışdır. Bütün qeyd olunanlarla yanaşı, nəşrdə bütün maraqlı tərəflərin Avropa ali təhsil məkanında keyfiyyət təminatının təkmilləşdirilməsi üzrə həmrəy olmasının əks etdirilməsi bu məsələnin gələcəkdə uğurlu icrasına möhkəm əsas yaradır.