Tvinninq Avropa İttifaqına üzv ölkələr və benefisiar və ya tərəfdaş ölkələrin dövlət təşkilatları arasında institusional əməkdaşlıq aləti olmaqla Avropa Qonşuluq Siyasətinin bir hissəsini təşkil edir. Tvinninq layihələri həmkarlarla bərabər iş şəraitində icbari və praktiki nəticələrin əldə olunması məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkələrin dövlət qurumlarının peşəkar təcrübəsini bir araya gətirir. Icbari nəticələr gözlənilən nəticələrə müvafiq olaraq müəyyən olunmuş komponentlər şəklində formalaşdırılır. Komponentlərdə adətən seminarlar, təlim sessiyaları, ekspert missiyaları, tədris səfərləri, təcrübə proqramı və məsləhətləşmələr kimi fəaliyyət növləri nəzərdə tutulur. Tvinninq proqramının mahiyyətini təcrübə vasitəsilə öyrənmə və ən yaxşı təcrübələrin paylaşılması təşkil edir.
İki nəfər layihə rəhbəri (bir nəfər layihəni həyata keçirən Aİ üzv ölkəsini, digər bir nəfər isə benefisiar təşkilatı təmsil edir) və Resident Tvinninq Müşaviri (RTM) Tvinninq layihələrinin aparıcı şəxsləri hesab olunurlar. RTM layihə çərçivəsində görülən işlərin koordinasiyası məqsədilə layihənin icra olunduğu müddət ərzində benefisiar təşkilata ezam olunur. Bundan əlavə, benefisiar təşkilatdan bir nəfər şəxs RTM-in tərəf müqabili olaraq təyin olunmalıdır.
Avropa Qonşuluq Siyasətinin (AQS) əsası rifah, stabillik və təhlükəsizliyin gücləndirilməsi məqsədilə 2003-cü ildə qoyulmuşdur. AQS demokratiya, qanunun aliliyi, insan haqlarına hörmət və genişlənmiş Aİ və onun qonşuları arasında ayırıcı xətlərin aradan qaldırılması kimi dəyərlərə əsaslanır.
2011-ci ildə nəzərdən keçirilməsindən sonra regionun siyasi, iqtisadi və təhlükəsizlik baxımından stabilizasiyası AQS-də mərkəzi rol oynamağa başladı.
Avropa Qonşuluq Aləti (AQA) AQS-in icrası üçün əsas maliyyə aləti rolu oynayır (2014-2020 –ci illər üçün 15.4 milyard avro). AQA çərçivəsində Aİ maliyyəsinin böyük bir hissəsi AQS-in 16 tərəfdaş ölkəsinə ayrılır.
Yaxşı idarəçilik, demokratiya, qanunun aliliyi və insan haqları ilə yanaşı, digər üç prioritet də müəyyən olunmuşdur: 1) stabilizasiya məqsədilə iqtisadi inkişaf; 2) təhlükəsizlik və 3) miqrasiya və mobillik.
Avropa İttifaqı Azərbaycanla Avropa Qonşuluq Siyasəti və şərq ölkələri üçün nəzərdə tutulmuş Şərq Tərəfdaşlığı proqramı vasitəsilə əməkdaşlıq edir. Burada əsas məqsəd Azərbaycanın Avropa İttifaqına daha da yaxınlaşdırılmasından ibarətdir.
Avropa Qonşuluq Aləti Aİ-nin 2014-2020-ci illərdə icra olunacağı nəzərdə tutulan Qonşuluq siyasəti üçün nəzərdə tutulmuş əsas maliyyə alətidir. Bu, 2007-2013-cü illərdə həyata keçirilmiş Avropa Qonşuluq və Tərəfdaşlıq Alətini əvəz edir. Digər maliyyə mənbələrinə Aİ-nin insan haqları və vətəndaş cəmiyyətinə həsr olunmuş tematik proqramlarını aid etmək olar.
Avropa İttifaqının Azərbaycana yardımı əsasən hər il Avropa Qonşuluq Aləti çərçivəsində maliyyələşdirilən fəaliyyət proqramları şəklində həyata keçirilir. Azərbaycan eləcə də Avropa Qonşuluq Aləti çərçivəsində maliyyələşdirilən regional və çoxölkəli fəaliyyət proqramlarından da bəhrələnir.
AATM Tvinninq layihəsi Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş strateji məqsədləri əks etdirir. Burada Azərbaycanın islahatlar proqramı çərçivəsində təhsil və təlim sistemlərində islahatlar və müasirləşmənin dəstəklənməsi nəzərdə tutulur. Eləcə də aşağıdakı islahatların aparılması nəzərdə tutulur:
Beynəlxalq əməkdaşlıq, mobillik və mübadilənin daha da gücləndirilməsi.
Tvinninq Avropa İttifaqına üzv ölkələr və benefisiar və ya tərəfdaş ölkələrin dövlət təşkilatları arasında institusional əməkdaşlıq alətidir. Tərəfdaş ölkələrə Aİ üzvlüyünə potensial namizəd ölkələr və Avropa Qonşuluq Siyasəti ölkələri (Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna) şamil edilir.
Tvinninq layihələri birbaşa olaraq universitetlər, tədqiqatçılar və ya tələbələr arasında deyil, dövlət təşkilatları arasında əməkdaşlıq üçün nəzərdə tutulub. Buna baxmayaraq, universitetlər, tədqiqatçılar və tələbələr Tvinninq layihəsi çərçivəsində təşkil olunan müxtəlif tədbirlərdə iştirak edə və əldə olunacaq nəticələrə öz töhfələrini verə bilərlər.
Tvinninq proqramı Azərbaycanda kifayət qədər tanınır və uğurla həyata keçirilir. Bu günə qədər Azərbaycanda dövlət sektorunun əksər sahələrini əhatə etməklə 28 Tvinninq layihəsi həyata keçirilmişdir. AATM Tvinninq ali təhsil sahəsində həyata keçirilən ilk Aİ-Azərbaycan layihəsidir. Bundan başqa, Avropa İttifaqı enerji sektorunda INOGATE, nəqliyyat sektorunda TRACECA, təhsil sahəsində TEMPUS və ERASMUS MUNDUS və gənclər üçün isə “Gənclər Fəaliyyətdə” kimi tematik və regional proqramlarla çıxış edir. Bu layihələr barədə daha ətraflı məlumatla Avropa İttifaqının Nümayəndəliyinin internet səhifəsində tanış ola bilərsiniz (bax – Faydalı linklər).
Xeyr, bu proqramlarda tələbə mübadiləsi nəzərdə tutulmur. Tələbə mübadiləsi Tvinninq layihələri vasitəsilə maliyyələşdirilə bilməz. Tələbə mübadiləsi ilə bağlı məlumat əldə etmək üçün Erasmus+ proqramının internet səhifəsinə daxil ola bilərsiniz (bax – Faydalı linklər).