AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

21 Jun

Tvinninq konfransı haqda bloq

“Azərbaycanda Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında keçirilən konfransın açılış mərasiminə 100-dən çox iştirakçı toplaşmışdı. Nazir müavini Ceyhun Bayramov kürsüyə çıxaraq konfransı açıq elan etdi. Azərbaycanın ən seçilən universitetlərindən olan və konfrans üçün əla məkan təmin edən UNEC layihəmizin fəal iştirakçısı və AzST-nin sınaqdan keçirildiyi pilot universitetlərdən biridir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard və Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik layihəmizi təriflədilər. Daha sonra söz layihə rəhbərlərinə verildi. Layihəmizin ən böyük tədbiri olan bu konfrans eləcə də 29 avqust tarixində keçiriləcək yekun konfransdan öncəki son tədbir idi.

Layihənin əsas məqsədi təcrübələri və nəticələri yay tətilindən öncə Azərbaycan universitetləri ilə bölüşmək idi.  Bütün əsas nəticələrini əldə edən layihə uğurla tamamlanır. Əsas nəticələrə ali təhsildə keyfiyyət təminatı üzrə Avropa standartlarına uyğunlaşma, AzKÇ-nin (Azərbaycan Kvalifikasiyalar Çərçivəsi) həyata keçirilməsi, universitetlər arasında əməkdaşlığı və şəbəkələşməni gücləndirilməsi və ali təhsil üzrə hüquqi sənədlərin keyfiyyətin yüksəldilməsi aləti kimi təkmilləşdirilməsi daxildir. Layihə çərçivəsində keçirilən təlimlərdə universitetlərdən və nazirlikdən 600-dən çox ekspert iştirak edib və ən fəalları ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində geniş təcrübə qazanıblar.

Azərbaycan ali təhsilində də böyük dəyişikliklər baş verib. Təhsil Nazirliyi akkreditasiya qaydaları və praktikalarını eləcə də xarici diplomların tanınmasını yaxşılaşdırmaq üçün Akkreditasiya və Nostrifikasiya İdarəsini yaradıb. Nazirlər Kabineti AzKÇ-ni hələ də nəzərdən keçirsə, onun həyata keçirilməsinə artıq başlanıb. Rektorlar Şurasının yaradılması üzrə layihə sənədi hazırlanıb. Ali Təhsil Standartlarının layihəsi və Ali Təhsil Müəssisələrinin Nümunəvi Nizamnaməsində Avropa standartlarının əsas elementləri əks olunub. Bununla belə, bütün bunların yalnız layihəmizin xidməti olduğunu güman etmək özündənrazılıq olardı. Sadəcə, verdiyimiz töhfənin fayda gətirəcəyinə ümid edirik.