AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

1 Mar

'Xarici ali təhsil diplomlarının və təhsil müddətlərinin Avropada və Azərbaycanda tanınması - təcrübələr və gələcək perspektivlər' mövzusunda seminar

Yer: Bakı Dövlət Universiteti Vaxt: 10.00 - 15.00

Seminarda aşağıdakı məsəələr müzakirə olunacaqdır: 

  • Nostrifikasiya sistemi və siyasətləri – akademik tanınma/peşə ixtisaslarının tanınması
  • Lissabon Konvensiyası və ali təhsil ixtisaslarının tanınması ilə bağlı digər hüquqi sənədlər
  • Bolonya prosesi və Avropa Ali Təhsil Məkanı – ali təhsil sistemlərinin müxtəlifliyi və uyğunlaşdırılması
  • Avropada ali təhsil ixtisaslarının tanınması üzrə alətlər – Kvalifikasiyalar Çərçivəsi, Kredit Vahidlərinin Köçürülməsi və Hesablanması Sistemi (ECTS), diplom əlavəsi
  • Avropada ali təhsil ixtisaslarının tanınması üzrə praktika – kriteriyalar və prosedurlar
  • Avropa İttifaqında peşə ixtisasının tanınması və tənzimlənən peşələr
  • ENİC (İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi) və NARİC (Akademik Tanınma üzrə Milli Mərkəzlər) şəbəkələri – tapşırıqlar və fəaliyyətlər
  • Milli məlumat mərkəzləri, informasiya təminatı və məlumat mənbələri
  • Milli İnformasiya Mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlıq