AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

6 Jun

AzST üzrə İşçi Qrup yaradılıb

AATM Tvinninq layihəsi çərçivəsində Azərbaycan Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təılimatların (AzST) layihəsinin işlənib hazırlanmasına 2016-cı il aprel ayının sonlarında, Tvinninq layihəsinin ali təhsildə keyfiyyət təminatı üzrə aparıcı ekspertlərinin Bakıya səfəri zamanı başlanıldı. Layihə çərçivəsində AzST-nin layihəsinin hazırlanması üzrə əsas məsul ekspertlər Dr. Helka  Kekäläinen, Dr. Heli Mattisen və Dr. Kirsi Hiltunendir.

Bakıya səfər çərçivəsində Tvinninq layihəsinin avropalı və azərbaycanlı rəhbərləri tərəfindən bir qrup azərbaycanlı mütəxəssisə 2017-ci ilin yazında Azərbaycanın üç pilot ali təhsil müəəssisəsində keçirilməsi nəzərdə tutulan qiymətləndirmələr üzrə təlimatların layihəsinin hazırlanması məqsədilə finlandiyalı və estoniyalı ekspertlərlə birlikdə İşçi Qrupda iştirak etmək təklif olundu. İşçi qrupun üzvlərinin seçimində həmin şəxslərin Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlarla və qiymətləndirmə ilə bağlı daha əvvəl bu layihə tərəfindən keçirilən təlimlərdə iştirak, eləcə də ingilis dili bilikləri (bu Tvinninq layihəsinin əsas dili ingilis dili hesab olunur) əsas kriteriya kimi götürüldü.   

Pilot qiymətləndirmələrdən sonra qiymətləndirmə üzrə təlimatlara bu proses zamanı əldə olunan təcrübəyə əsaslanaraq düzəlişlər edilməsi gözlənilir. Yekun nəticə olaraq isə AATM Tvinninq layihəsi Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar adlı sənədlə bağlı öz tövsiyələrini verəcəkdir.

İşçi qrupun üzvləri aşağıdakılardan ibarətdir:

  • Raqif Qasımov, Azərbaycan Dövlət İqtisad Universiteti
  • Raziyə İsayeva, Xəzər Universiteti
  • Elmira Ismayılova, Bakı Dövlət Universiteti
  • Ruslan Məmmədov, Gəncə Dövlət Universiteti
  • Nərgiz Məmmədova, Azərbaycan Dillər Universiteti
  • Anar Nağıyev, Azərbaycan Dillər Universiteti
  • Tofiq Əhmədov, Təhsil Nazirliyi
  • Əfqan Abdullayev, Təhsil Nazirliyi
  • Vüsala Qurbanova, Təhsil Nazirliyi