AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

10 Oct

Avropa Şəhərciyində iştirakla bağlı

Biz, daha dəqiq desək, AATM Tvinninq layihəsi oktyabrın 1-də Bakı bulvarında təşkil olunmuş Avropa Şəhərciyi tədbirində iştirak etdik. Bu, bizim üçün çox gözəl bir təcrübə idi. Hava günəşli  və isti idi. Burada futbol meydançası, dil kursları, şahmat oyunu və digər müxtəlif əyləncə növləri təşkil olunmuşdu və tədbirə təşrif buyurmuş gənclər bu kimi əyləncə növlərinə qatılmağa çalışırdılar.

Avropa Şəhərciyi Avropa İttifaqı tərəfindən hər il təşkil olunan bir tədbir olmaqla Avropa İttifaqına və İttifaqa üzv dövlətlərin Azərbaycanla əməkdaşlığına diqqət çəkmək məqsədi daşıyır. Tədbirin hədəfi xüsusilə də azərbaycanlı gənclər olsa da, orada kiçik uşaqlarla birlikdə valideynləri və müxtəlif yaşdan olan insanları görmək olardı.

Avropa İttifaqı çadırında Erasmus+, digər Tvinninq layihələri, ADA, Mobilaze, ETF və bir neçə digər layihələrlə yanaşı bizim də stendimiz var idi. AATM Tvinninq layihəsinin çadırında biz üç nəfər idik: Tərlan, onun xanımı və mən. Biz layihənin yeni broşürünü (azərbaycan və ingilis dillərində) və tam yeni plakatını çap etdirmişik. Bizim çadır hər an ziyarətçilərlə elə dolu idi ki, içəri daxil olmaq mümkün deyildi. Həqiqətən bizim Tvinninq layihəsinin orada iştirak etməsinə dəyərdi. Belə ki, biz daha çox tanına bildik, yeni dostlar və əlaqələr qazandıq.

Hər bir Aİ üzvü ölkəsinin öz çadırı var idi və burada müxtəlif növ məlumatlandırıcı vəsaitlərə rast gəlmək olardı. Burada musiqi, futbol meydançası, üzün rənglənməsi kimi müxtəlif növ əyləncə növləri təşkil olunmuş, insanlar milli geyimlər, eləcə də nəhəng adam, dəniz qulduru və şahzadə kimi maraqlı geyimlər geyinmişdilər.

Finlandiyanın çadırına Santa Klaus gəldikdən sonra isə hər bir kəs onun dizi üstə oturub şəkil çəkdirməyə can atırdı. Finlandiyanın çadırı ən çox diqqət çəkən çadırlardan idi. Çadır hər an dolu idi və qarşısında uzun bir növbə var idi.

Ümumilikdə, Avropa Şəhərciyinə bir neçə min, bəlkə 10 min, bəlkə də daha çox insan qatılmışdı. Dəqiq rəqəm demək çətindir. Çünki, sahələr böyük bir ərazi boyunca paylanmışdı və hər an yeni-yeni insanlar gəlməkdə idi. Tədbir daha sonra axşam konserti və rəqslərlə davam etdi.