İlin çox yaxşı keçdiyini deyə bilərəm. Avqustun son günlərindən dekabrın ilk günlərinədək layihə çərçivəsində 110 ekspert günündən istifadə edilib və beləliklə, deyə bilərəm ki, payız fəsli çox məşğul keçdi. İdarəetmə Komitəsinin son iclası keçirildi və bununla da payız fəslinə planlaşdırılan ekspert missiyaları tamamlandı. Bununla belə layihə davam edir. Azərbaycanlı həmkarlarımız Tofiq Əhmədov və Elşən Nuriyev hal-hazırda Helsinkidə səfərdədirlər. Qeyd edim ki, onlar iki həftəlik praktikanın ilk həftəsi Tallində keçiriblər.
Təhsil Nazirliyi və Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən təşkil edilən və AATM Tvinninq layihəsi tərəfindən dəstəklənən “Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransla tamamlanan ötən həftə ilin son festivalını xatırlatdı. Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov konfransı açıq elan etdi. O, qeyd etdi ki, Azərbaycan ali təhsilini Avropa Ali Təhsil Məkanına uyğunlaşdırmaq Azərbaycanda ali təhsilin keyfiyyətini təkmilləşdirmək istiqamətində mühüm addımdır və AATM Tvinninq layihəsi bu sahədə önəmli rol oynayır. Qazaxstan, Rusiya Federasiyası, Ukrayna, Latviya, Almaniya və Birləşmiş Krallıqdan olan mühazirəçilərlə birlikdə FİNEEC-dən olan ekspertlər Helka Kekäläinen (Tvinninq layihəsinin layihə rəhbəri) və Kati İsoaho beynəlxalq konfransa töhfə verdilər.
Məşğul keçən payızdan sonra ötən həftə AATM Tvinninq layihəsinə bir rahatlıq gətirdi. Özümü isə İçəri Şəhərdə yerləşən Ağa Mikayıl hamamına qonaq etdim, fin dostlarımla nahar etdim və uğurlu layihədən sonra Bakını tərk edən ispan RTM həmkarımın vida mərasimində iştirak etdim. Həftəsonunu isə Opera və Balet teatrında ilahi musiqi ilə müşayiət olunan sevimli baletim olan “Qu Gölü”nə baxdım. İli şad və xürrəm tamamlamaq olduqca xoşdur. Əminəm ki, üzümüzə gələn yaz Tvinninq layihəsi və Azərbaycan ali təhsili üçün daha yaxşı olacaq. Daha məhsuldar il hələ qarşıdadır!