AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

7 Jun

Ali təhsildə keyfiyyət təminatı Məşvərətçi Qrup tərəfindən müzakirə olunub

Quba rayonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkənin ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət İşçi Qrupun iştirakı ilə keçirilən üç günlük seminarın ardı olaraq Təhsil Nazirliyi ölkənin ali təhsil müəssisələrinin prorektorları, digər rəhbər şəxsləri və mütəxəssislərindən təşkil olunmuş Məşvərətçi Qrupun  Qubada baş tutan seminarların nəticəsi olaraq işlənib hazırlanmış pilot qiymətləndirmə üzrə təlimatların finlandiyalı və estoniyalı ekspertlərlə müzakirə etməsi məqsədilə Azərbaycan Texniki Universitetində tədbir təşkil etdi. Otuz nəfər iştirakçının qatıldığı tədbir iyun ayının 1-də baş tutdu.  

Məşvərətçi Qrupun görüşünün gündəliyi, 1 iyun 2016-cı il

Sülhəddin Gözəlov, Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas Təhsili şöbəsi, Ali və Orta İxtisas Təhsili sektorunun müdiri

Açılış nitqi

Əfqan Abdullayev, Təhsil Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi  

Xarici keyfiyyət qiymətləndirilməsi: cari vəziyyət və təkmilləşdirilmə ilə bağlı tövsiyələr

Reijo Aholainen, AATM Tvinninq layihəsinin Rezident Tvinninq Müşaviri

“Ali Təhsil Sisteminin Avropa Ali Təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvinninq layihəsi 

Helka Kekäläinen, Üzv Ölkəni təmsil edən böyük layihə rəhbəri, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin Ali Təhsil Şöbəsinin rəhbəri

Azərbaycan Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Pilot Standartlar və Təlimatlar - AzST

Heli Mattisen, Üzv Ölkəni təmsil edən kiçik layihə rəhbəri, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyinin Direktoru

AzST-nin layihəsinin hazırlanması 

Tofiq Əhmədov, Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas Təhsili şöbəsinin baş məsləhətçisi və Əfqan Abdullayev, Təhsil Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi

AzST-nin layihəsinin təqdimatı və müzakirələr

Müzakirələr  

 

Yuxarıda qeyd olunan təqdimatlardan sonra aparılan müzakirələr zamanı Məşvərətçi Qrupun üzvləri hazırlanmış standartların mürəkkəb olması və standartların sayının çox olması ilə bağlı iradlarını bildirdilər. Bu məsələ ilə bağlı bir neçə konkret təklif irəli sürüldü. Bu təkliflərə beynəlmilləşməyə daha çox diqqətin ayrılması, bəzi kriteriyaların qiymətləndirmə kriteriyaları sırasından çıxarılması (məs., maliyyələşmə ilə bağlı kriteriya) və s. aid etmək olar. Öz növbəsində, avropalı ekspertlər pilot qiymətləndirmələr zamanı inkişafı stimullaşdıran yanaşmanın tətbiqinin məqsədəuyğun olmasını və xarici qiymətləndirmənin bir neçə növünün nəzərdən keçirilməsinə ehtiyac olduğunu vurğuladılar. Ekspertlər onu da qeyd etdilər ki, Azərbaycanın ali təhsil müəssisələrinin rəhbər vəzifə tutan nümayəndələrinin keyfiyyət qiymətləndirilməsi üçün tələb olunan metod və bacarıqlar barədə, xüsusilə inkişafın stimullaşdırılmasına yönəlmiş yanaşma barədə daha geniş şəkildə məlumatlandırılması və təlimləndirilməsinə ehtiyac vardır. Tvinninq layihəsi xüsusilə pilot universitetlərdə bu sahə üzrə məsul olan rəhbər şəxslər və mütəxəssislər üçün 2016-cı ilin payızında seminarlar və təlimlər təşkil etmək niyyətindədir.

Tvinninq layihə ofisi qiymətləndirmə sahələri və kriteriyaları ilə bağlı rəyləri öyrənmək məqsədilə pilot qiymətləndirmələr üzrə təlimatların ilkin variantını AATM Tvinninq layihəsinin internet səhifəsinin (www.ehea.edu.az ) hər iki dil versiyasında dərc edəcəkdir. Bu rəylərə yalnız pilot universitetlərdə aparılacaq qiymətləndirmələr üzrə təlimatlar baxımından deyil, eləcə də gələcəkdə Azərbaycanda həyata keçiriləcək xarici və daxili keyfiyyət təminatı sistemləri, onların əhatə dairəsi, məqsədləri və kriteriyalar baxımından da ehtiyac vardır. Tvinninq layihəsi və Təhsil Nazirliyi cari ilin avqust ayının sonlarında təlimatların yenilənmiş variantı (yay ayları ərzində təlimatların ilkin layihəsi üzərində işin davam etdirilməsi planlaşdırılır) və qiymətləndirmə kriteriyalarının müzakirəsi və razılaşdırlması məqsədilə Məşvərətçi Qrup, pilot universitetlər və digər maraqlı tərəflərin iştirakı ilə ümumi seminar təşkil etməyi planlaşdırır.