AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

22 Sep

Açıq seminar ali təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsini dəstəklədi

EHEA Tvinninq layihəsi çərçivəsində 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə birlikdə universitetlər arasında şəbəkələşmə və əməkdaşlıq mövzusunda açıq seminar keçirildi. Görüş Azərbaycan İqtisad Universitetində 40-dan çox nümayəndənin iştirakı ilə baş tutdu. İştirakçıların əksəriyyəti keçən seminarda iştirak edənlər idi.

İyul ayında keçirilən seminarda əsasən “rəqabət aparmaq və ya əməkdaşlıq etmək və əməkdaşlığı necə təşkil etmək lazımdır” kimi məsələlər müzakirə edirlidisə, bu seminarda “ali təhsilin əsas oyunçuları arasındakı şəbəkələşmə və əməkdaşlığı necə təşkil etmək olar” mövzusu müzakirə edildi. Dəyərli ekspertlərimiz - Helsinki Universitetindən Kauko Hamalainen və Estoniyanın Arximed Fondundan Rait Toompere iştirakçılara tövsiyələrini təqdim etdilər. Ekspertlər tövsiyə etdilər ki, universitetlər vahid elektron bulleten və Rektorlar Şurası yaratsınlar və bununla da, əməkdaşlıq çərçivəsini genişləndirsinlər. İştirakçılar tövsiyələri müsbət qarşıladılar və verilən təkliflərin Azərbaycanda tətbiqinin ən yaxşı üsulları barədə düşünməyə başladılar.

Açığı, görüşdən öncə nə baş verəcəyini bilmirdik. İyul seminarında da şəbəkələşmənin yaxşılaşdırılmasına çox müsbət və nikbin yanaşma var idi. Lakin bu seminarda müzakirələr bir qədər də irəlilədi. Müsbət mühit və güclü iradə hiss olunurdu. Görüşün sonuna yaxın təbəssümümü saxlaya bilmirdim. Layihənin ikinci ili üçün bundan yaxşı başlanğıc ola bilməzdi. Bununla belə, görülməli işlər hələ çoxdur…