AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

3 May

Pilot qiymətləndirmələr haqda III

Yeyərsən qaz ətini, bilərsən ləzzətini. Bu atalar sözünün canı “yeyərsən” sözündədir və bizim layihəmiz çərçivəsində bu sözün ekvivalentinin “sınaqdan keçirmək” olduğunu desək yanılmarıq. AzST (Azərbaycan ali təhsilində keyfiyyət təminatı üzrə standartlar və təlimatlar) Tvinninq layihəsi çərçivəsində azərbaycanlı və avropalı ekspertlər tərəfindən birlikdə hazırlanıb və artıq Azərbaycanın üç universitetində sınaqdan keçirilib. AzST azərbaycanlı və avropalı ekspertlərdən ibarət qiymətləndirmə qrupları tərəfindən pilot qiymətləndirmələr üçün təlimat kitabçası kimi istifadə edildi. AzST Azərbaycan Respublikasının Təhsil Nazriliyinin və universitet ekspertlərinin iştirakı ilə Tvinninq layihəsi çərçivəsində artıq Azərbaycanda tətbiq olunan Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinə və meyarlarına əsaslanaraq hazırlanıb.

Qiymətləndirmələrin nəticələri bəlli olmasa da, onların uğurlu keçdiyini artıq bilirik. Həyatakeçirmə təcrübəsi (bilərsən) sübut edir ki, AzST (qaz əti) Azərbaycan universitetlərinin keyfiyyət təminatı üçün tətbiq oluna bilər. Qiymətləndirmə qrupları müsahibələri və sənədlərin öyrənilməsini peşəkarcasına həyata keçirdilər. Hər qiymətləndirmə qrupu rəhbərliyin, əsas işçi heyətin və tələbələrin də daxil olduğu  80-100 nəfər ilə müsahibə apardılar. Bütün müsahiblər prosesə hazır idilər. Qiymətləndimə qruplarının azərbaycanlı üzvləri, o cümlədən tələbə üzvləri avropalı həmkarları kimi səriştəli idilər.

Qiymətləndirmə hesabatlarınınn may ayında hazır olacağı və azərbaycan dilinə tərcümə olunacağı gözlənilir. İyun ayının əvvəlində Tvinninq layihəsi hər pilot universitetə qiymətləndirmələr üzrə rəylərin təqdim edilməsi üçün görüşlər və prosesin və meyarların qiymətləndiriləcəyi ümumi seminar təşkil edəcək. Bunun nəticəsində, Tvinninq layihəsi çərçivəsində yekun tövsiyələr hazırlanacaq. Layihəmiz qarşısına qoyulan bütün nəticələri əldə etməyə yaxındır.