AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

20 Jun

AZƏRBAYCANDA ALİ TƏHSİLİN KEYFİYYƏTİNİN ARTIRILMASI ÜZRƏ KONFRANS

Yer: Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 Vaxt: 10.00 - 16.00

"Ali Təhsil Sisteminin Avropa Ali Təhsil Məkanının Tələblərinə Daha Da Uyğunlaşdırılması Məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə Dəstək Göstərilməsi"  (AZ-ad-EHEA) üzrə Tvinninq  layihəsi çərçivəsində 20 iyun 2017-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) konfrans keçiriləcəkdir. 

Konfransın məqsədi son iki ildə Avropa Ittifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi çərçivəsində ölkənin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində əldə olunan nəticələrin Azərbaycanın ali təhsil ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. 

Konfransda əsasən ölkənin ali təhsil müəssisələri, Təhsil Nazirliyi, eləcə də Azərbaycana akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərindən təxminən 100-120 nəfərin iştirakı gözlənilir.