AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

29 Aug

Tvinninq layihəsinin yekun konfransı

Yer: Park İnn by Radisson oteli, Bakı şəhəri, Azadlıq Prospekti, 1 Vaxt: 10.00 - 13.00

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Finlandiya, Estoniya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən "Ali Təhsil Sisteminin Avropa Ali Təhsil Məkanının Tələblərinə Daha Da Uyğunlaşdırılması Məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə Dəstək Göstərilməsi" layihəsi çərçivəsində layihənin yekun konfransı keçiriləcəkdir. 

Konfrans 29 avqust 2017-ci il tarixində, saat 10:00-13:00-da Bakı şəhəri, Azadlıq Prospekti, 1 ünvanında yerləşən Park İnn by Radisson otelində, Dan Ulduzu zalında (2-ci mərtəbə) keçiriləcəkdir.

Yekun konfransın keçirilməsində məqsəd layihəyə cəlb olunmuş maraqlı tərəfləri və eləcə də geniş ictimaiyyəti layihə, onun məqsədləri, məzmunu, metodları və layihə çərçivəsində ölkənin ali təhsil sistemində əldə olunan nəticələr barədə məlumatlandırmaqdır.